ŞƏXSİ KABİNET
Parolu unutmuszunuz?

Oyunun qaydalari

 

“Azərlotereya” açıq səhmdar cəmiyyəti tərəfindən keçirilən “5/36” tirajlı lotereyasının uduş fondunun oynanılmaları 02 yanvar 2017-ci il tarixindən 31 dekabr 2017-ci il tarixinədək hər gün (bazar günü daxil olmaqla) keçiriləcək və Space kanalı vasitəsi ilə canlı yayımlanacaqdır.

“5/36” lotereyasının biletlərini lotereya satış məntəqələrinnən elektron bilet formasında və hazır bilet formasında əldə etmək olar.Bir biletin qiyməti 1 manat müəyyən olunmuşdur.

Elektron biletləri lotereya terminalları vasitəsilə şifahi deməklə və yaxud pulsuz paylanılan blanklarda nömrələri qeyd etməklə əldə edilir. Bir variantın qiyməti 0.20 manat müəyyən olunmuşdur.

                                                                                     

    

 

Lototrona  1-dən  36-dək  işarələnmiş  şarlar  (çəllək) yerləşdirilir.Şarlar qarışdırılır və  təsadüf prinsipinə əsasən  5 (beş) ədəd şar (çəllək) çıxarılır.Çıxarılmış 5 (beş) şarın (çəllək) nömrələri lotereya biletində əks olunan sətrdəki nömrələrin 5(beş) -i,  4(dörd) -ü   və 3(üç)-ü   ilə uyğun gələrsə bilet uduşlu sayılır. Yalnız 5(beş) nömrəsi uyğun gələn variant “Cek Pot” oyununda iştirak edir.

 

I –ci kateqoriya   →  5 (beş) rəqəm uyğun gələn biletlər uduş fondunun 15 – 35 %-ni qazanır  

II – ci kateqoriya → 4 (dörd) rəqəm uyğun gələn biletlər uduş fondunun 15 – 35 %-ni qazanır

III – cü kateqoriya → 3 (üç) rəqəm uyğun gələn biletlər uduş fondunun 30 – 70% - ni qazanır

 

Yalnız 5(beş) nömrəsi uyğun gələn variant “Cek Pot” oyununda iştirak edir. 

“Cek Pot” un oynanılması qaydası

“Cek Pot”    5(beş) rəqəm  udulduğu halda oynanılır  və yalnız 5(beş) rəqəmləri uyğun gələn variantlar “Cek Pot” un oynanılmasında iştirak edir.  1-dən 36-dək işarələnmiş  şarlar (çəllək) yenidən lototrona daxil edilir, qarışdırılır və 1 (bir) ədəd şar (çəllək) çıxarılır. 

Çıxarılmış şarın (çəllək) nömrəsi “Cek Pot” un oynanılmasında iştirak edən  variantın nömrələrinin 1(bir)-i ilə uyğun gələrsə “Cek Pot” udulmuş hesab olunur.

“Cek Pot”u udan variant yalnız “Cek Pot”un məbləğinə sahib olur !!!

 

Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.