ŞƏXSİ KABİNET
Parolu unutmuszunuz?

Oyunun qaydaları

 

Azərlotereya” açıq səhmdar cəmiyyəti tərəfindən keçirilən “6/40” tirajlı lotereyasının uduş fondunun oynanılmaları 02 yanvar 2017-ci il tarixindən 31 dekabr 2017-ci il tarixinədək hər gün keçiriləcək (bazar günü daxil olmaqla) və “Space” kanalı vasitəsi ilə canlı yayımlanacaqdır.

“6/40” lotereyasının biletlərini lotereya satış məntəqələrinnən elektron lotereya terminalları vasitəsi ilə çap olunmuş formada və hazır mətbəədə çap olunmuş bilet formasında əldə etmək olar.Bir biletin qiyməti 1 manat müəyyən olunmuşdur.

Elektron lotereya biletləri  lotereya terminalları vasitəsi ilə və yaxud pulsuz paylanılan blanklarda nömrələri qeyd etməklə əldə edilir. Bir variantin qiyməti 25 qəpik müəyyən olunmuşdur.

 

  Hazır bilet

   ↓

 

Lototrona  1-dən  40-dək  işarələnmiş  şarlar  (çəllək) yerləşdirilir. Şarlar qarışdırılır və  təsadüf prinsipinə əsasən  6 (altı) ədəd şar (çəllək) çıxarılır. Çıxarılmış 6 (altı) şarın (çəllək) nömrələri lotereya biletindəki variantın nömrələrinin 6(altı)-sı,  5(beş) -i,  4(dörd) -ü   və 3(üç)-ü   ilə uyğun gələrsə bilet uduşlu sayılır. 

 

6(altı) rəqəmi uyğun gələn variantın bileti “Cek Pot”a sahib olur. 

I kateqoriya → 6 (altı) rəqəm uyğun gələn biletlər “Cek Pot”a sahib olur
II kateqoriya → 5 (beş) rəqəm uyğun gələn biletlər uduş fondunun 5 – 15 %-ni qazanır
III kateqoriya → 4 (dörd) rəqəm uyğun gələn biletlər uduş fondunun 20 – 40 %-ni qazanır
IV kateqoriya → 3 (üç) rəqəm uyğun gələn biletlər uduş fondunun 40 – 60% - ni qazanır
 

← “Cek Pot”a sahib olan bilet

 

MƏSƏLƏN:
Lototrondan çıxan rəqəmlər: 1, 16, 26, 32, 28, 22
Bu halda yuxardakı şəkildə “000000” nömrəli bilet “Cek Pot”u qazanır. Bir neçə bilet uduşlu olarsa məbləğ bu biletlər arasında bərabər olaraq bölüşdürülür.

Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.