ŞƏXSİ KABİNET
Parolu unutmuszunuz?

Oyunun qaydaları

 

“Azərlotereya” açıq səhmdar cəmiyyəti tərəfindən keçirilən “Binqo” tirajlı lotereyasının uduş fondunun oynanılmaları 02 yanvar 2017-cı il tarixindən 29 dekabr 2017-ci il tarixinədək hər həftənin bazar ertəsi günləri keçiriləcəkdir və Space kanalı vasitəsi ilə canlı yayımlanacaqdır.

“Binqo” lotereya biletinin üzərində hər birində 6 xana olan 5 (beş) sətirdən ibarət lövhə əks olunub. Lövhənin hər sətirində 5 (beş) rəqəm göstərilməklə hər lotereya biletində cəmi 25 (iyirmi beş) rəqəm öz əksini tapır. Oyunda 1-dən 60-dək nömrələnmiş şar olan xüsusi lototrondan, bir bir, ardıcıllıqla 56 (əlli altı) ədəd şar çıxardılır. Oyun 5 (beş) turdan ibarətdir.

1 -  Birinci turda istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Uduşa düşmüş bilet(lər) oyunu davam edir. Hər hansı bir üfüqi sırası əvvəlcədən elan edilmiş (daxil olmaqla) gedişə qədər, ən tez, tam dolan bilet “Cek Pot” pul mükafatını udur. ”Cek Pot”u qazanan bilet oyunu davam edir.

 

 

2 - İkinci turda lotereya biletinin hər hansı iki üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Uduşa düşmüş bilet(lər) oyunu davam edir. Bu turda, hər hansı iki üfüqi sırası əvvəlcədən elan edilmiş (daxil olmaqla) gedişə qədər, ən tez, tam dolan bilet “Meqa Pot” pul mükafatını udur.”Meqa Pot” pul mükafatını qazanan bilet oyunu davam edir.

 

 

3 - Üçüncü turda lotereya biletinin hər hansı üç üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır və "13.300" manat qazanır.Əgər bir neçə bilet uduşlu olarsa avtomobilin məbləği uduşa düşmüş lotereya biletləri arasında bərabər olaraq bölüşdürülür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir. Bu turda, hər hansı üç üfüqi sırası əvvəlcədən elan edilmiş (daxil olmaqla)  gedişə qədər, ən tez, tam dolan bilet “Binqo” pul mükafatını udur.”Binqo” pul mükafatını qazanan bilet oyunu davam edir.

 

 

4 - Dördüncü turda lotereya biletinin hər hansı dörd üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Uduşa düşmüş bilet(lər) oyunu davam edir. Bu turda, hər hansı dörd üfüqi sırası əvvəlcədən elan edilmiş (daxil olmaqla)  gedişə qədər, ən tez, tam dolan bilet “Super Binqo” pul mükafatını udur.”Super Binqo” pul mükafatını udan bilet oyunu sona qədər davam edir.

 

 

5 - Beşinci turda beş üfüqi sırası tam dolmuş biletlər uduşlu sayılır. Bu turda bütün xanaları, əvvəlcədən elan edilmiş (daxil olmaqla) gedişə qədər, ən tez tam dolan bilet “Fortuna” pul mükafatını udur. Beşinci tur ən azı 54 (əlli dörd) gediş daxil olmaqla uduş fondu bitənədək davam edir.

 

 

Əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə ardıcıl 4 (dörd) rəqəm müəyyən edilir:


 - Bu ardıcıl rəqəmlər lotereya biletinin nömrəsinin son 4 (dörd)  rəqəmi ilə uyğun gələrsə, bilet 200 (iki yüz) manat udur.

 - Bu ardıcıl rəqəmlərdən  son 3 (üçü) lotereya biletinin nömrəsinin son 3 (üç)  rəqəmi ilə uyğun gələrsə, bilet 20 (iyirmi) manat udur.

 - Bu ardıcıl rəqəmlərdən  son 2 (ikisi) lotereya biletinin nömrəsinin son 2 (iki)  rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.

Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.