ŞƏXSİ KABİNET
Parolu unutmusuz?

Yeni İl Sevincləri


Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Ən tez dolmuş bilet 5 000 (beş min) manat pul mükafatı qazanır, bir necə bilet qalib gəldikdə 5 000 (beş min) manat qalib gələn biletlər arasında bərabər olaraq bölünür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir.


İkinci turda lotereya biletinin iki lövhəsindən biri ən tez dolmuş bilet uduşlu sayılır. Bilet 5 000 (beş min) manat pul mükafatı qazanır, bir necə bilet qalib gəldikdə 5 000 (beş min) manat qalib gələn biletlər arasında bərabər olaraq bölünür. Uduşa düşmüş bilet oyunun davam edir.


Üçüncü tur uduş fondu bitənə qədər davam edir və ən azı 84 (səksən dörd gediş daxil olmaqla) gedişə qədər hər iki lövhəsi dolmuş lotereya bileti uduşlu sayılır. Bu turda ilk tam dolmuş bilet(lər) 5 000 (beş min) manat pul mükafatı qazanır, bir necə bilet qalib gəldikdə 5 000 (beş min) manat qalib gələn biletlər arasında bərabər olaraq bölünür.


  • Əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 6 (altı) rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə, bilet 10 000 (on min) manat pul mükafatı qazanır. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar (çəlləklər) yenidən lototrona (torbaya) qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir.

  • Bundan sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin seriya nömrəsinin son iki rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.

  • Əsas oyun bitdikdən sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 6 (altı) rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə bilet 15 000 (on beş min) manat pul mükafatı qazanır. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar (çəlləklər) yenidən lototrona (torbaya) qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir.

  • Bundan sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin seriya nömrəsinin son iki rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.