ŞƏXSİ KABİNET
Parolu unutmuszunuz?

Oyunun qaydaları

 

Uduş fondunun oynanılması iki lototron vasitəsi ilə həyata keçirilir. Hər iki lototrona 1-dən 20-dək nömrələnmiş şarlar yerləşdirilir, qarışdırılır və birinci lototrondan çıxarılmış nömrələr “A” lövhəsi üçün, ikinci lototrondan çıxarılmış nömrələr “B” lövhəsi üçün olmaqla hər lototrondan 4 (dörd) nömrə təyin olunur. Oyunun mahiyyəti, hər lototrondan çıxmış şarların nömrələrinin lotereya biletinin uyğun lövhələrində əks olunmuş rəqəmlər ilə üst-üstə düşməsindən ibarətdir. Belə ki, oyunun nəticələri bir biletin iki lövhəsində aşağıdakı uyğunluqla müəyyən edilir:

“4+4” – CEK POT, “4+3”, “4+2”, “4+1”, “4+0”, “3+4”, “3+3”, “3+2”, “3+1”, “3+0”, “2+4”, “2+3”, “2+2”, “2+1”, “1+4”, “1+3”, “1+2”, “0+4”, “0+3”  – uyğun olan biletlər uduşludur. Lotereya biletinin uduşu bu kombinasiyalara uyğun  kateqoriya üzrə müəyyən olunur.

Biletin uduşu oyunda təyin olunmuş nömrələrin biletin üzərindəki lövhələrdə qeyd olunmuş rəqəmlərlə uyğunluğu əsasında aşağıdakı 11 (on bir) kateqoriya üzrə bölünür:

 

I kateqoriya - hər iki lövhədə 4 nömrənin uyğunluğu olan bilet(lər) “Cek Pot”u qazanır

 

II kateqoriya - bir lövhədə 4 nömrə və digər lövhədə 3 nömrə uyğunluğu olan bilet(lər) uduş fondunun 1-10%-ni qazanır

 

III kateqoriya - bir lövhədə 4 nömrə və digər lövhədə 2 nömrə uyğunluğu olan bilet(lər) uduş fondunun 1-10%-ni qazanır

 

IV kateqoriya - bir lövhədə 4 nömrə və digər lövhədə 1 nömrə uyğunluğu olan bilet(lər) uduş fondunun 1-10%-ni qazanır

 

V kateqoriya - bir lövhədə 4 nömrə və digər lövhədə 0 nömrə uyğunluğu olan bilet(lər)  uduş fondunun 1-10%-ni qazanır

 

VI kateqoriya - hər iki lövhədə 3 nömrə uyğunluğu olan bilet(lər) uduş fondunun 1-10%-ni qazanır

 

VII kateqoriya - bir lövhədə 3 nömrə və digər lövhədə 2 nömrə uyğunluğu olan bilet(lər) uduş fondunun 5-25%-ni qazanır

 

VIII kateqoriya - bir lövhədə 3 nömrə və digər lövhədə 1 nömrə uyğunluğu olan bilet(lər) uduş fondunun 5-25%-ni qazanır

 

IX kateqoriya - bir lövhədə 3 nömrə və digər lövhədə 0 nömrə uyğunluğu olan bilet(lər) uduş fondunun 5-25%-ni qazanır

 

X kateqoriya - hər iki lövhədə 2 nömrə uyğunluğu olan bilet(lər) uduş fondunun 5-25%-ni qazanır

 

XI kateqoriya - bir lövhədə 2 nömrə və digər lövhədə 1 nömrə uyğunluğu olan bilet(lər) uduş fondunun 15-45%-ni qazanır

 

Texniki səbəblərdən lototrondan istifadə etmək mümkün olmadıqda, uduşlu nömrələrin təyin edilməsi torba və çəlləklər vasitəsi ilə həyata keçiriləcəkdir.

11. Hər tirajın uduş fondu kateqoriyalar üzrə aşağıdakı qaydada bölüşdürülür:

11.1.  I kateqoriya üzrə qaliblər “Cek Pot”u udur, cari tirajın uduş fondunun 1-10%-i növbəti tirajın “Cek Pot”una əlavə olunur. I-ci kateqoriya üzrə bir neçə lotereya bileti uduşlu olduqda, “Cek Pot”un məbləği udan lotereya biletləri arasında bərabər bölüşdürülür. Cari tirajda “Cek Pot” udulmadıqda bu məbləğ və cari tirajın uduş fondunun 1-10%-i növbəti tirajın “Cek Pot”una əlavə olunur.

11.2.  II kateqoriya üzrə qaliblər uduş fondunun  bu kateqoriyaya aid hissəsini udur. II-ci kateqoriya üzrə bir neçə lotereya bileti uduşlu olduqda, uduş fondunun həmin kateqoriyaya aid hissəsi udan lotereya biletləri arasında bərabər bölüşdürülür.

11.3. III - XI kateqoriyalar üzrə qaliblər uduş fondunun bu kateqoriyaya aid hissəsini udur. Kateqoriya üzrə bir neçə lotereya bileti uduşlu olduqda, uduş fondunun həmin kateqoriyaya aid hissəsi udan lotereya biletləri arasında bərabər bölüşdürülür.

Tirajda III - XI kateqoriyalı uduşların olmadığı təqdirdə bu uduş kateqoriyası üçün ayrılmış məbləğ növbəti tirajın uyğun kateqoriyasına əlavə olunur.

Lotereya iştirakçılarının həvəsləndirilməsi məqsədilə  “Cek Pot”a “Azərlotereya” ASC-nin mənfəəti hesabına əlavə pul mükafatı ayrıla bilər.   

Lotereya biletinin mükafatı uduşlu kombinasiyalara uyğun olaraq yalnız bir kateqoriya üzrə müəyyən olunur.